Xəbər veriyimiz kimi, Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və 5 min manat dəyərində qızıl zinət əşyaları oğurlanıb.

Hadisə dünən saat 11:50-dən 15:40-dək olan müddətdə baş verib. 

Baş verənlər haqqında ətraflı məlumat almaq üçün Mahir Emreliylə əlaqə saxladıq. Danışmaqdan yorulduğunu qeyd edən futbolçu "Whatsapp" vasitəsilə hadisə ilə bağlı açıqlama verdi. 

Mahirin də qeyd etdiyi kimi, hazırda hadisə ilə bağlı araşdırma aparılır.

BAKU.WS


VİDEO