Bakının Binəqədi rayonunda kişi həyat yoldaşının yoxa çıxması barədə polisə məlumat verib.

BAKU.WS
xəbər verir ki, Goradil bağlar massivi ev 265 ünvanında yaşayan 1936-cı il təvəllüdlü Rəhman Əziz oğlu Fərəcov Binəqədi rayon Polis İdarəsi 43-cü polis bölməsinə müraciət edib.

Yaşlı kişi müraciətində bildirib ki, avqustun 8-də həyat yoldaşı, 1937-ci il təvəllüdlü Dilarə Allahyar qızı Fərəcova yaşadığı evdən çxııb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS