Bakıda kişi arvadının yoxa çıxması ilə bağlı polisə müraciət edib.

BAKU.WS xəbər verir ki, 30 mart tarixində Abbasqulu Hilal oğlu Hümbətli Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsinə müraciət edərək həyat yoldaşının itkin düşdüyünü bildirib.

Kişi qeyd edib ki, həyat yoldaşı 1998-ci il təvəllüdlü Nurlanə Ədalət qızı Hümbətli yaşadıqları Bakı şəhəri, A.Qurban küçəsi, ev 25-dən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsi 37-ci polis şöbəsində araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS