VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda 63 yaşlı kişi yoxa çıxan oğlunun axtarışlarına başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə kişi özü polisə müraciət edib.

Qeyd edək ki, 1956-cı il təvəllüdlü Qalib Cəfər oğlu Axundov Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsinə müraciət edib.

O, bildirib ki, özü ilə birlikdə Binəqədi rayon, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi ev 20, mənzil 65 ünvanında yaşayan oğlu Hümbət Qabil oğlu Axundov itkin düşüb. O, martın 9-da saat 03 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsində araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS