İtkin düşən ana və övladları Bakıda tapıldılar - FOTO

28
avq
2019
15:54
Qazaxda itikin düşən ana və övladları tapılıb. BAKU.WS "apa"ya istinadən xəbər verir ki, rayon sakini, 1991-ci il təvəllüdlü Nərgiz Qasımova övladları - 2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımovla Bakı şəhərində polis əməkdaşları tərəfindən tapılıb. Bu barədə onun yaxınlarına məlumat verilib. Qadın izahatında bildirib ki, öz istəyi ilə Bakı şəhərinə gedib. Polisdən bildirilib ki, ana və övladlarının həyatı üçün heç bri təhlükə yoxdur. Qeyd edək ki, N.Qasımova və övladları avqustun 4-də Qazax rayon Ağköynək kəndindəki evindən çıxaraq bir daha geri qayıtmayıb.

Oxşar xəbərlər
Azərbaycanda polis hər yerdə bu qadınla övladlarını axtarır - FOTO
Qazaxda gəlin övladları ilə birlikdə itkin düşüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə muxbirinə verilən məlum...