SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkirdə ağır yol qəzası baş verib.

BAKU WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb.

"VAZ-21010" markalı avtomobillə digər "VAZ" markalı maşın toqquşub.

Qəza nəticəsində Bakı şəhər sakinləri - 1961-ci il təvəllüdlü Əliyev Mətləb Ələşrəf oğlu, həyat yoldaşı 1969-cü il təvəllüdlü Əliyeva Şəlalə Mahmud qızı və 1964-cü il təvəllüdlü Goranboy rayon sakini Xəlilov Aftandil Yaqub oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılardan Şəlalə Əliyevanın vəziyyətinin daha ağır olduğu bildirilir. Avtomobildə sıxılmış vəziyyətdə qalan qadını Fövqaladə Hallar Nazirliyinin xilas ediciləri çıxarıb.

Qadının bel sümüyünün sındığı bildirilir. Yaralılar Gəncə şəhəri Təcili Tibbi Yardım xəstəxanasına, daha sonra isə özəl xəstəxanalardan birinə aparılıb.

Hazırda qəzanın təfərrüatları araşdırılır.
BAKU.WS