Bakıda şadlıq evində yanğın olub. 

 

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri Xətai rayonunda qeydə alınıb.

Ümumi sahəsi 2000 kv.m olan 2 mərtəbəli şadlıq evinin mətbəxinin tüstü bacasının içərisində yağ qalıqları yanıb. Şadlıq evi yanğından mühafizə olunub. Yanğın saat 14:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Ziya Səccad
BAKU.WS