SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə Saatlının Bəylər kəndində qətl hadisəsi baş verib. 

BAKU.WS
xeber.tv-yə istinadən xəbər verir ki, kənddə keçirilən toy mərasimində musiqi sifarişi üstündə mübahisə yaranıb. 

Toydan çıxan kənd sakini, 36 yaşlı Fürsət Məhərrəmov başqa iki nəfərlə birlikdə minik avtomobili ilə qonşusugilə gəlib. 

Bu zaman evdən bayıra çıxan qonşusu Mübariz Həsənovu darvazanın yanında ov tüfəngindən 2 dəfə atəş açmaqla qətlə yetirib. 

Sonra isə yaşadığı evə gedərək özünü də boğazından güllələyərək öldürüb.
BAKU.WS
VİDEO