SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəzər rayonunun Mərdəkan qəsəbəsinin dəniz çimərliyində yol-nəqliyyat hadisəsi baş verib. 

BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza iyulun 25-də saat 17 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini G.Müslümova “KİA” markalı avtomobili arxaya hərəkət etdirərkən paytaxt sakini – 3 yaşlı Əliağa Mustafayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

BAKU.WS