Azərbaycanda hər kəsin gözü qarşısında itləri belə güllələdilər - VİDEO
 
                            
                            
                                26
                                iyl
                            
                                2019
                                12:09
                            
                            
                        Tovuz rayonunda küçə itlərini odlu silahla vurub öldürürlər.Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.Bildirilir ki, rayonun Qovlar kəndində parkda küçə itlərini güllələyirlər.“Dərd orasındadır ki, parkda günün-günorta çağı, insanların gözü qarşısında itləri tüfənglə vururlar. Həm də, parkda sakit yatan, insanlarla heç bir işi olmayan heyvanları vəhşicəsinə güllələyirlər”, - deyə kənd sakinləri şikayətləniblər.Sakinlər bildirir ki, itləri vuran Tovuz rayon İcra Hakimiyyətinin əməkdaşlarıdır.Məsələ ilə bağlı Tovuz rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. İcra hakimiyyətinin başçısının I müavini Rəşad Zeynalov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hadisə barədə məlumatları yoxdur.“Küçə itlərinin güllələnməsilə bağlı rayon icra hakimiyyətindən heç bir tapşırıq verilməyib. Bu hadisə mütləq araşdırılacaq və nəticələr barədə sizə məlumat veriləcək”, - deyə Rəşad Zeynalov bildirib.İtlərin güllələnməsi anının görüntülərini təqdim edirik. Ürəyi zəif olanların bu kadrlara baxması məsləhət deyil.Ziya SƏCCAD
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
"Çox qorxuruq, axırda xəstəlik tapacağıq" - Bakı sakinləri vahimə içində - VİDEO
Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yaradılmış “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi paytaxt sakinlərinin küçə itləri ilə yaşa...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    