SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə Yevlax-Bərdə avtomobil yolunda dəhşətli qəza baş verib.

Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdikləri məlumata görə, yol qəzası saat 22 radələrində Yevlax rayonu ərazisində qeydə alınıb.

Ərazidə yüksək sürətlə hərəkət edən "OKA" markalı avtomobil "VAZ-2106" markalı maşınla toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
VİDEO