Daxili İşlər Nazirliyi dünən gecə Bakıda baş verən müəmmalı hadisə barədə məlumat verib.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 18-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Laçın Yusifli evlərinin qarşısındakı qarajda olan "Lexus” markalı avtomobilindən Röyalə Tağıyeva ilə birlikdə huşsuz vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib.


L.Yusifli orada ölmüş, R.Tağıyevanın vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.


Ziya Səccad
BAKU.WS