Saxta əsginas satan Bakı şəhəri sakini saxlanılıb. 
 
Belə ki, yanvarın 19-da Biləcəri qəsəbə sakini Şahbaz Qurbanov Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ona 23000 rubl saxta əskinas satmasını bildirib.
 
BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsmayıl Qasımov saxlanılib. İ.Qasımovdan 5000 rubl saxta əskinas götürülüb.
 
BAKU.WS