Bakıda gənc oğlanın halı pisləşdi - VİDEO

02
iyl
2019
21:17
Bu gün axşam saat 18:30 radələrində Bakının Cəfər Cabbarlı küçəsində qəfildən 25-30 yaşlarında gənc oğlanın halı pisləşib.Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, huşunu itirərək yıxılan gəncə, dayancaqdakı şəxslər və avtobus sürücüsü yardım edib.Sürücünün köməyi ilə gəncə ilkin tibbi yardım göstərilib. Özünə gələn oğlan anlaqsız vəziyyətdə ona yardım edənlərə kobudluq edərək yola qaçıb. Lakin bir neçə şəxs onu saxlayaraq hadisə yerinə çağırılan Təcili Tibbi Yardım işçilərinə təhvil veriblər.
Oxşar xəbərlər
Bakı metrosunda gənc oğlan huşunu itirdi
Bakı metropoliteninin Nərimanov stansiyasında gənc oğlan huşunu itirib.Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiy...