SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin yanvar ayının 15-də Bakı metrosunun “Nizami” metrosu yaxınlığında əsgərlikdən təzə gələn gəncin ölümünün səbəbi məlum olub.

BAKU.WS “bizimyol.info”ya istinadən xəbər verir ki, Bakıda bir qızın çiynindən düşən şala görə mübahisə düşüb və əsgərlikdən yeni gələn 23 yaşlı Emin Şəmiyevi bıçaqlayaraq öldürüblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində 25 yaşlı Vəli Əliyev və 29 yaşlı Füzuli Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Şirvan şəhər sakinləri hakim Mirzə Xankişiyevin qarşısına çıxarılıb.

Təqsirləndirilənlər Saatlı rayon sakini Emin Şəmiyevi qıza görə öldürüblər. Metroda bir qızın çiynindən şalı düşüb. Yaşlı bir adam şalı yerdən götürəndə Vəli ilə Füzuli buna gülüblər.

Emin onlara irad bildirib. Mübahisə yaranıb. Metrodan çıxıblar. Metrostansiyanını “Nizami” stansiyasının qarşısında əlbəyaxa olublar.


Təqsirləndirilənlər Emini ürək nahiyəsindən bıçaqla vurublar. Onun həyatını xilas etmək mümkün olmayıb. Cinayət törədənlər isə hadisə yerindən qaçaraq gizləniblər.

Onları polis və prokurorluq əməkdaşlarının əməliyyat tədbirlərindən sonra ələ keçiriblər. Hər iki şəxs doğulduğu Şirvanda həbs olunub.

Vəli Əliyevə və Füzuli Nəcəfova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Vəli əvvəllər dəfələrlə məhkum olunub.

Füzuli Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
BAKU.WS
VİDEO