SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağstafa rayonunda 15 yaşlı yeniyetməni ildırım vurub. 


BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Həsənsu kəndində qeydə alınıb. 


Tovuz rayon Aşağı Quşcu kənd sakini Süleymanov Roman Elman oğlunu ildırım vuraraq öldürüb. 


İlkin məlumatlara görə, hadisə zamanı Roman Süleymanov at belində olub. Yeniyetmənin bədəninin müəyyən hissəsinin yandığı deyilir. Hadisənin ferma yaxınlığında olduğu bildirilib. Mərhum evin tək oğlu olub.


Hadisə yerinə polis və prokurorluq rəsmiləri gəlib. Hadisə araşdırılır.  


İlham Məmmədov
BAKU.WS
QALEREYA