VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Qusarda intihar olub.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Hil kəndində qeydə alınıb.

Kənd sakini, 1989-cu il təvəllüdlü İldırım Firudin oğlu Yarəliyev yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Qusar rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, intihar edən İ. Yarəliyev Hil kənd bələdiyyəsinin üzvü olub.

BAKU.WS