SİZİN REKLAM BURADA!
055 213 76 73



 

Cəlilabadda toy yasa çevrilib.

 

BAKU.WS-in məlumatına görə, 5 gün öncə Cəlilabad rayonundan İnili kəndindən işləmək məqsədilə Rusiya Fedarasiyasına gedən Mahmudov Adış Alış oğlunu yüksək gərginlikli elektrik cərəyanı vurub.

Mərhumun yaxınlarının sözlərinə görə, hadisə iş zamanı baş verib. Belə ki, fərdi evlərdən birində çardağda dəmir işləri görən zaman Adış Mahmudovun əlindəki dəmir parçası yüksək gərginlikli elektrik xətlərinə toxunub. O, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə baş verən günü Adış Alışovun bacısının toyu imiş.

Ziya Səccad
BAKU.WS