VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beş gün əvvəl Xırdalanda baş verən yol qəzasında dünyasını dəyişən qadının yaxınları tapılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, ölən qadının yaxınları Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə müraciət ediblər. Ölən şəxsin Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsi sakini, 2003-cü il təvəllüdlü Vəliyeva Nuray Ruhlan qızı olduğu məlum olub. 

Mərhumun meyiti yaxınlarına təhvil verilib.

Qeyd edək ki, yol qəzasında ölən N.Vəliyevanın meyiti iyunun 14-də Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə daxil olub. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq onun yaxınları tapılmamışdı.
BAKU.WS
QALEREYA