Aptekdən oğurluq edən şəxs hadisə yerində saxlanıldı – FOTO

17
iyn
2019
14:54
Gecə saat 04:21 radələrində həmin ünvanda yerləşən obyektdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisəyə Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən vaxtında çevik reaksiya göstərilib.
Cəmi 1 dəqisə ərzində hadisə yerinə yaxınlaşan polislər aptekin qapısının sındırıldığını və bir nəfərin içəridə olduğunu görüblər.Həmin şəxs oğurluq etmək istəyən yerdə saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib.
Qeyd edək ki, saxlanılan şəxsin aptekə oğurluq niyyəti ilə daxil olması və mühafizə polisləri tərəfindən saxlanılması obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.Tutulan zaman həmin şəxs polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd göstərsə də onun bu niyyətinin qarşısı alınıb.
Polis Bölməsində araşdırma zamanı oğurluq edən şəxsin Sumqayıt şəhər sakini Emin Nəzərov olduğu məlum olub.Faktla bağlı E.Nəzərov barəsində araşdırmalar davam etdirilir.



Oxşar xəbərlər
Məsciddən oğurluq edən şəxs danışdı - VİDEO
Bakıda məsciddən oğurluq edən şəxs tutulub.Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. Qəsəbədəki məscidi...
