VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad rayonunda məktəbi yenicə başa vurmuş oğlanın intiharı ilə bağlı cinayət işi açılıb.

Ulacalı kənd sakini, 2002-ci il təvəllüdlü Abbasov Yusif Şahid oğlunun yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyması faktı ilə əlaqədar Sabirabad rayon Prokurlruğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.

BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, intiharın bəzi təfərrüatları məlum olub. Bildirilir ki, Y.Abbasov bu il orta məktəbin 11-ci sinfini başa vurub və 14 iyunda məktəbdə keçirilən "Son Zəng" tədbirində iştirak edib. Lakin iyunun 15-də axşam saatlarında o, özünü asaraq intihar edib.

17 yaşlı Yusif bir müddət əvvəl keçirilən qəbul imtahanında zəif nəticə göstəribmiş və qəbul imtahanlarının ikinci mərhələsində iştirak etməyi planlaşdırırmış.

Araşdırmalar davam etdirilir.
BAKU.WS