SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda mənzildə 58 yaşlı kişinin meyiti aşkarlanıb.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Vəliyev Rəcəb İsa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
BAKU.WS