Bakı metrosunda telefonu tunelə düşən sərnişindən təhlükəli addım

24
may
2019
09:54
Səhər saatlarında Bakı metrosunun “Koroğlu” stansiyasında həyəcanlı anlar yaşanıb.BAKU.WS missiya.az-a istinadla xəbər verir ki, gənc oğlan anidən qatar yoluna düşüb. Hadisə şahidlərinin verdiyi məlumata görə, sərnişin tunelə qatar stansiyaya çatdığı vaxt düşüb. Amma maşinist qatarı platformaya daxil olmamış saxlayıb.Hadisəni Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da təsdiqləyib. Onun sözlərinə görə, sərnişinlərdən birinin telefonu tunelə düşüb:“Sərnişin telefonunu qatar yolundan götürmək üçün ora düşüb. Həmin şəxs qatar yoluna icazəsiz düşdüyü üçün polisə təhvil verilib”.
Oxşar xəbərlər
Bakı metrosunda həyəcanlı anlar – Sərnişinlər təxliyyə olundu – VİDEO
Ötən gün Bakı metrosunda həyəcanlı anlar yaşanıb.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Hadisə şahidlərinin sözlərinə görə, “Həzi Aslanov” stans...
