SİZİN REKLAM BURADA!
055 213 76 73


İsmayıllıda iki azyaşlını it dişləyib.

BAKU.WS ONA-ya istinadən xəbərinə görə, rayonun Xanagah kəndində yaşayan 2014-cü il təvəllüdlü Ələkbərov Əli Rafael oğlu qonşunun itinin hücumuna məruz qalıb. İt uşağın çanaq nahiyyəsini, əl və ayağını dişləyib. Azyaşlı xəstəxanaya çatdırılıb, əməliyyat olunub.

Rayonun Xankəndi kəndində yaşayan 2015-ci il təvəllüdlü Adıgözəlova Aylin Murad qızı isə həyətdə oynayarkən sahibsiz küçə itinin hücumuna məruz qalıb. Uşaq qol və baş nahiyyəsindən xəsarət alıb.

Hər iki uşaq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
BAKU.WS