SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Ölkədə kriminal vəziyyətin gərginləşməsindən sonra insanlar özlərini və ailəsini təhlükələrdən qorumaq haqqında düşünürlər. Əvvəllər uşaqlar müstəqil şəkildə, böyüklərin müşayiəti olmadan məktəbə gedirdilər. Məktəblərdə çalışan süpürgəçilər təmiz işlərini görərkən məktəbin təhlükəsizliyinə də diqqət yetirirdilər. Lakin onlar yalnız giriş qapısını müşahidə edirdilər ki, gecikmiş şagirdləri məktəbə buraxsınlar. 
 
Amma indi ümumtəhsil məktəblərinin rəhbərləri mühafizəçilər işə götürür ki, təhsil müəssisəsinə kənar şəxslər girməsinlər. Ancaq onlar işə qəbuldan əvvəl mühafizəçilərin hansı niyyətlərlə müəssisələrə işə düzəldiyini araşdırırlar?

Əlbəttə, uşaqlarla əlaqədə olan personal seçilərkən diqqlətli olmaq məcburidir. Ancaq Azərbaycanda bu prinsipləri gözləyirlərmi? 

Səbayıl rayon Polis İdarəsindən haqqin.az-a bildirilib ki, bu günlərdə bir məktəbli qızın anası şikayət ərisəsi ilə müraciət edib. Qadın bildirib ki, Üzeyir Hacıbəyov küçəsində yerləşən 7 nömrəli məktəbdə səs-küylü hadisə baş verib. 

Çərşənbə axşamı qadının qızı - 6-cı sinif şagirdi məktəbə kiçik bacısının arxasıca yola düşüb və foyedə onu gözləyirdi. Yavaş-yavaş yaxınlaşan mühafizəçi qəfildən qızı tutub və onu özünə çəkib. Kişi uşağı öpməyə və seksual xarakterli başqa hərəkətlər etməyə çalışıb. Xoşbəxtlikdən qız mühafizəçinin əlindən qurtulmağı bacarıb. Evdə o, başına gələn hər şeyi anasına danışıb və bundan sonra qızın anası polisə yola düşüb.

Hüquq-mühafizə orqanlarından bildirilir ki, hazırda fakt üzrə cinayət işi açılıb. Həddi-buluğa çatmamış qıza qarşı seksual xarakterli hərəkətlərdə şübhəli bilinən M.Muxtarovun hələ də saxlanılmayıb. Əgər axtarılan şəxsin əməlləri sübut edilərsə, o, cinayət məsuliyyətinə cəlb ediləcək.

İlkin araşdırmanın gedişatında məlum olub ki, M.Muxtarov mühafizə şirkətinin işçisidir. Məktəbin işçiləri isə güman etmirdilər ki, mühafizə şirkətində bu cür məsuliyyətsiz şəxslər işləyə bilər.
 
 
BAKU.WS