Gəncədə döyülmə faktı qeydə alınıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Bayraq Meydanı deyilən ərazisində qeydə alınıb. 29 yaşlı şəhər sakini Mehman Süleymanov döyülmə diaqnozu ilə xəstəxanasına gətirlib. Yaralıya lazımı tibbi yardım göstərilib vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə adıçəkilən şəxs 3 nəfər tərəfindən döyülüb və onların birində “beşbarmaq”deyilən alət olub. İnsidentin çayxanalardan birində baş verdiyi bildirilir.

Hazırda faktı polis araşdırır həmin şəxslərin tutularaq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirəri davam etdirilir
BAKU.WS