SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda çox müzakirə olunan oğruların sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.  


BAKU.WS
-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə bildirilir. Vurğulanır ki, şəhərdə evlərə xəbərsiz gələnlər, günün-günorta çağında evləri qarət edirlər. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif görüntülər yayılır.


Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov BAKU.WS-ə açıqlamasında bildirdi ki, vətəndaşlar bu kimi əsası olmayan informasiyalara uyub panikaya düşməməlidirlər.

"Əgər vətəndaş oğurluq hadisəsilə üzləşirsə, bu zaman polisə müraciət etsin. Əgər kimdənsə, hansısa vəziyyətdən şübhələnirlərsə dərhal polis çağırsınlar. Polis 102 və digər vasitələrlə polis orqanlarına daxil olan bütün müraciətlərə dərhal reaksiya verir və lazımı tədbirlər görür”, - deyə Ehsan Zahidov bildirib.

Nazirlik rəsmisi bildirib ki, hazırda ölkədə kriminal durum sabitdir və heç bir narahatçılığa əsas yoxdur.

"Dövlətin hüquq-mühafizə orqanları istər dövlət sərhədlərində, istərsə də, ölkənin daxilində bütün kriminal duruma tam nəzarət edir. Ölkədə baş verə biləcək cinayətlərin qarşısını almaq üçün Azərbaycan polisi zəruri əməliyyatlar keçirir. Vətəndaşların narahatlıq keçirməsinə ehtiyac yoxdur”, - deyə Ehsan Zahidov bildirib.


BAKU.WS sosial şəbəkələrdə yayılan oğruların yeni görüntülərini təqdim edir: 


Ziya Babayev
BAKU.WS