SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda bir neçə gün öncə zavodda baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı cinayət işi açılıb.


Bakı şəhər Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, dekabrın 28-də saat 20 radələrində paytaxtın Ziya Bünyadov prospektində yerləşən "Bakı Tikinti Konstruksiyaları” ASC-nin həyətində fiziki şəxs Elçin Rəhimov tərəfindən icarəyə götürülmüş metal qəbulu məntəqəsinin ərazisində metal tullantısı kimi qəbul edilmiş dəmir balondan qaz sızması nəticəsində yaxınlıqdakı taxta sexinda fəhlə işləyən Rzaağa Heydərov, Yaşar Xancanov, Yusif Kərimov, Rövşən Əbdülhəmidov, Xaqani Nurəliyev, Pərviz Əbdülhəmidov və Cabbar Əliyev zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında Nərimanov rayon prokurorluğunun, rayon polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, digər zəruri tədbirlər yerinə yetirilib.

Zərərçəkmiş şəxslərə xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Ziya Babayev
BAKU.WS