61 yaşlı qadın evdə ölü tapıldı: Hadisənin kimlər tərəfindən törədildiyi araşdırılır - FOTO

61 yaşlı qadın evdə ölü tapıldı: Hadisənin kimlər tərəfindən törədildiyi araşdırılır - FOTO
Foto
Hadisə 151

Kürdəmir rayonunda 61 yaşlı qadın evində ölü tapılıb.

BAKU.WS ”Report”a istinadən xəbər verir ki, hadisə Soltan Şıxəliyev küçəsində qeydə alınıb.

Onun Kürdəmir bazarında xadimə işləyən, 1960-cı il təvəllüdlü Bədəlova Xanımqız Şiralı qızı olduğu müəyyənləşib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda hadisənin kim və ya kimlər tərəfindən törədilməsi ilə bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şantaj olunduğuna görə intihar etdiyi deyilən müəllimlə bağlı YENİ XƏBƏR - FOTO

Şantaj olunduğuna görə intihar etdiyi deyilən müəllimlə bağlı YENİ XƏBƏR - FOTO

Nərimanov rayonu ərazisində intihar edən ibtidai sinif müəllimi Naidə İsayevanın özünə qəsd etməsi ilə bağlı yeni faktlarla bağlı araşdırmalara başlanılıb. BAKU...

5720 Hadisə 10:58 18 sentyabr 2020

Son xəbərlər