Bakının mərkəzində dəhşət yaşandı - iki ölü, iki yaralı (VİDEO)

01
apr
2019
11:43
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, hadisə bu gün Mərkəzi Bankın qarşısında qeydə alınıb. Minik avtomobili dayanacaqda marşrut gözləyən qadını vurub. Daha sonra maşın avtobusa çırpılıb. Qəza nəticəsində qadın və minik avtomobilinin sürücüsü ölüb. Səhiyyə Nazirliyindən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölənlərdən başqa daha iki nəfər Klinik Tibbi Mərkəzə yerləşdirilib. BAKU.WS
Oxşar xəbərlər
Sumqayıtda avtomobil divara çırpılıb, ölən və yaralananlar var
Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, hadisə şəhərin Sahil küçəsində qeydə a...
