SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Sumqayıtda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.


BAKU.WS xəbər verir ki, 1991-ci il təvəllüdlü Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 20/33, mənzil 30 ünvanında yaşayan Rauf Qüdrət oğlu Həsənzadə idarə etdiyi 90 OG 136 dövlət qeydiyyat nişanlı “Daevo nexia” markalı avtomobillə 11 mart 2019-cu il tarixdə, saat 20 radələrində qəza törədib.

O, idarə etdiyi maşınla Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək prospektində hərəkətdə olan zaman yolu keçən piyada, 1984-cü il təvəllüdlü Seymur Möhtərəm oğlu Qədiməliyevi vurub. Piyada xətəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı əraziyə baxış keçirilib. Sürücü Rauf Qüdrət oğlu Həsənzadə şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Sumqayıt polisində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS