SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənilərin öldürmək üçün hərəkətə keçdiyi jurnalist Fuad Abbasov vəziyyəti ilə bağlı yeni video paylaşıb.

BAKU.WS
  xəbər verir ki, dünənki paylaşımından sonra insanların narahatlığını nəzərə alan jurnalist hələ ki, heç bir problemi olmadığını deyib.

"Mən artıq evdəyəm. Hər hansı problemim yoxdur. Heç kimin heç nədən narahat olmasını istəmirəm. Yanımda azərbaycanlı dostlarım var. Çox sağ olsunlar, azərbaycanlı qardaşlar yanımdadırlar. Narahat olmayın. 1587 mesaj almışam. Cavablandıra bilmədiyim üçün üzr istəyirəm. Hamıya cavab yaza bilmirəm".



Qeyd edək ki, Azərbaycanlılarla çeçenlər arasında qalmaqalda vasitəçilik edərək görüşlərin təşkil edilməsinə nail olan Fuad Abbasov dünən sosial şəbəkədə və Youtube-dan izləyicilərinə müraciət edərək ermənilərin onunla bağlı ermənilərin hərəkətə keçdiyini və hər an öldürülə biləcəyini açıqlayıb. 

Hətta bu videonun onun son paylaşımı ola biləcəyini istisna etməyən jurnalist ermənilərin imza kampaniyası apardığını və onun həbs olunmaq ehtimalı olduğunu əlavə edib. 

Zülfiyyə Qurbanova
BAKU.WS
 



Ermənilər jurnalist Fuad Abbasovu öldürmək üçün hərəkətə keçdi (VİDEO)