SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı jurnalist Fuad Abbasov Youtube-dan izləyicilərinə müraciət edib. 

BAKU.WS xəbər verir ki, jurnalist onunla bağlı ermənilərin hərəkətə keçdiyini və kampaniya aparıldığını söyləyib. 

Azərbaycanlılarla çeçenlər arasında qalmaqalda vasitəçilik edərək görüşlərin təşkil edilməsinə nail olan jurnalist onun hər an öldürülə biləcəyini açıqlayıb. 

Bu videonun onun son videosu ola biləcəyini deyən Fuad Abbasov ermənilərin imza kampaniyası apardığını və onun həbs olunmaq ehtimalı olduğunu əlavə edib. 

BAKU.WS