055 213 76 73
Bu gün Bakıda 9 mərtəbəli binada yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonda baş verib.
Hadisə rayonun Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi yaşayış binalarının birində baş verib.
Əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub. Alovun qarşısı alınıb və yanğın söndürülüb.
Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından BAKU.WS-ə verilən məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya SƏCCAD
BAKU.WS