
Dünyaca məşhur niderlandlı zəlzələ mütəxəssisi Frenk Huqerbitsin verdiyi təbii fəlakətlə bağlı proqnozu özünü doğruldub.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, alimin bu günə verdiyi zəlzələ proqnozu gecə saatlarında Türkiyədə meydana gəlib.

Türkiyənin Çanakkala bölgəsində 5.4 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar bir neçə dəfə təkrarlanıb.

Bu səbəbdən də, insanlar gecəni səhərə qədər çöllərdə keçiriblər. Yeraltə təkanlar İstanbul və Egedə də hiss edilib.

Bu gün səhər 10-dan çox kənd və rayonda orta məktəblərdə dərslər dayandırılıb.

Bölgədəki 10-a yaxın kəndlərdə evlərdə dağıntılar qeydə alınıb. Ölən olmadığı bildirilir.


Alim deyib ki, Azərbaycanda heç bir dağıdıcı zəlzələnin baş verəcəyi ehtimal olunmur: “Dünyada hər gün müxtəlif bal gücündə zəlzələlər olur. Ümumiyyətlə, il ərzində Yer kürəsində 100 min zəlzələ hadisəsi qeydə alınır.
Bunların arasında dağıdıcı zəlzələlər də baş verir. Qeydə alınan zəlzələlərin əksəriyyəti 5,5-8 bal arasında özünü göstərir. Hətta yaxın keçmişə nəzər yetirsəniz, dünyanın bir çox ölkələrinin zəlzələdən əziyyət çəkdiyini görəcəksiniz”.
Zəlzələdən sonra afterşokların davam etməsi normaldır. Tədricən sona çatacaq. Çünki yerin altında enerji boşalması gedib. Əvvəllər gün ərzində 20-30 afterşok qeydə alınırdısa, artıq afterşokların günlük sayı 5-6-ya düşüb”.
“Amma yaxın zamanda Azərbaycanda heç bir dağıdıcı zəlzələlərin baş verəcəyi ehtimal olunmur”.

BAKU.WS