Ötən gecə Bakının Beynəlxalq Hava Limanı yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, “Daewoo Gentra” markalı, 10 PU 395 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib.

O, yüksək sürətlə getdiyindən iki yolu ayıran dəmir arakəsməyə çırpılıb və maşın iki hissəyə ayrılıb.

Sürücü hadisə yerində həyatını itirib. Avtomobildə olan 1994-cü il təvəllüdlü Əhməd Gülməmməd oğlu isə ağır bədən xəsarətləri alıb.

O, dərhal Sabunçu Rayon 3 saylı şəhər kilinik xəstəxanasına yerləşdirilib. Yaralıya qapalı kəllə-beyin travması, baş beyin əziyi diaqnozu qoyulub.

Qeyd edək ki, qəzaya uğrayan avtomobildə olanların toydan qayıtdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS