SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəmkir şəhərində dəmir yolunda neftdaşıyan qatarda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Gürcüstan Respublikasına məxsus 36 vaqondan ibarət xam neft məhsulu daşıyan qatarın 15-ci vaqonu qismən və 20 kv.m əraziyə dağılmış məhsul yanıb.

Digər vaqonlar yanğından mühafizə olunub. Yanğın saat 03:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

BAKU.WS