SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.
 
BAKU.WS-in Fövqəladə Hallar Naziriliyinə istinadla verdiyi məlumata görə, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin 1 otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 23 kv.m sahədə yanıb.
 
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilmiş və 15 nəfər bina sakini təxliyyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
 
Yanğın saat 14:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
BAKU.WS