SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə bir kişi həyat yoldaşını küçənin ortasında vəhşi kimi döyüb.


BAKU.WS xəbər verir ki, bu vəhşiliyi əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan da göründüyü kimi yağışlı havada bir kişi ilə qadın dalaşır.


Kişi qəfil qadına yumruq ilişdirir. Daha sonra o, qadına təpik atır. Kişi qadına bir neçə zərbə endirir.


Həmin görüntülər sosial şəbəkələr yayıldıqdan sonra böyük müzakirələrə səbəb olub. Bundan sonra polis hadisəni araşdırıb və həmin insanları saxlayıb. Lakin qadın ərindən polisə şikayət etməyib.


Ziya SƏCCAD
BAKU.WS