SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Gürcülərdən fərqli olaraq, azərbaycanlı sürücü öz sevincini daha şit və biabırçı formada göstərib

Bu gün axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisidə gürcülər Avropa Birliyinə vizasız gediş-gəlişi bayram etdikləri ərəfədə, azərbaycanlı bir nəfər Azərbaycan nömrəli «Hummer» markalı avtomobili ilə Tbilisinin mərkəzində avtoxuliqanlıq edib. Sürətlə hərəkət edərək təhlükəli «şou» göstərən sürücü dəfələrlə kobud qaydasına yol verib. Gürcülərdən fərqli olaraq, azərbaycanlı öz sevincini daha şit və biabırçı formada göstərib ki, bu da ətrafdakıların marağına səbəb olub və göründüyü kimi, insanlar bu avtomobilin videosunu çəkirlər.

Qeyd edək ki, həmin anların əks olunduğu videonu sosial şəbəkələrdə «Meydan TV» paylaşıb. BAKU.WS həmin görüntüləri təqdim edir:
 
BAKU.WS