SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 58 ünvanında oğurluq hadisəsi baş verib. 


Bu barədə BAKU.WS-ə zərərçəkmiş Anar Abbasov məlumat verib. Onun sözlərinə görə, 3 avtomobilin şüşəsi sındırılıb və müxtəlif əşyalar oğurlanıb. 


"Kia Cerato" (2014), "Kia Cerato" (2010), "Hyundai Accent" (2012) markalı avtomobillərə ciddi ziyan dəyib. Zərərçəkmiş bildirir ki, hadisə bu gün səhər saatlarında baş verib.



İlkin ehtimala görə, avtomobillərdə oğurluq yox, daha çox axtarış aparılıb. Anar Abbasovun sözlərinə görə, sındırılan şüşələrə görə minimum 1000 manat ziyan dəyib. Avtomobillərin sahibinə ümumilikdə 2000 manatlıq ziyan dəyib. 



Faktla bağlı 19-cu polis bölməsinə müraciət edilib. Polis əməkdaşları dərhal hadisə yerinə baxış keçirib və barmaq izləri götürülüb. Hazırda faktla bağlı araşdırmalar aparılır.  



Qeyd edək ki, bu gün səhər saatlarında hadisə olan əraziyə təxminən 200 metr məsafədə başqa bir maşını da yarıblar. "Chevrolet Aveo" (2012) avtomobilinin şüşələri sındırılıb. 


Abbas
BAKU.WS