SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda "Ağ şəhər"də martın 22-də oğurluq hadisəsi baş verib. 
 
BAKU.WS-in məlumatına görə, hadisə Xəqani Rüstəmov küçəsində qeydə alınıb. 
 
Zərərçəkən Nigar Mustafayeva redaksiyamıza bildirib ki, onun avtomobilinin şüşələri sındırılıb. Xanım bildirir ki, avtomobilindən telefon və pul oğurlanıb.
 
Eyni gündə həmin ərazidə digər 3 maşından da oğurluq edilib. Avtomobillərə ciddi ziyan dəyib. Zərərçəkənin sözlərinə görə, hadisə baş verən ərazidə təhlükəsizlik kamerası olmadığı üçün oğruları müəyyənləşdirmək mümkün olmayıb. 
 
Polis faktla bağlı araşdırlamalara başlandığını bildirib. 
 
Nazim Babayev
BAKU.WS