VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakının mərkəzində yerləşən kitab mağazasından oğurluq edilib.

BAKU.WS criminal.az-a istinadən bildirir ki, metronun "28 may" stansiyasının yaxınlığında, Süleyman Rəhimov küçəsi 190 ünvanındakı kitab mağazasında edilmiş oğurluq hadisəsi kameraya düşüb.

Qoca kişi mağazaya daxil olur və heç kimin olmadığını düşünərək kassadan pulları götürərək cibinə qoyur, sonra isə oranı tərk edir. Hadisə bu gün səhər saatlarında olduğundan kassada az pul olub. 

Hadisə şahidləri həmin şəxsi tanıyır və bir neçə mağazadan müxtəlif oğurluqlar etdiyini deyir. 

Xatırladaq ki, həmin ərazidə yerləşən marketdən də bir neçə dəfə oğurluq edilib.
 
BAKU.WS