Bu gecə Bakının Binəqədi rayonunda güclü yanğın baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, yanğın 8-ci mikrorayonda yerləşən yeni tikilən binalardan birində qeydə alınıb.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətilə əlaqə saxladıq. Xidmətdən BAKU.WS-ə bildirdilər ki, yanğın söndürlüb.

Hadisə zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğın elektrik qısaqapanması nəticəsində baş verib. Yanğının dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılacaq.

Ziya SƏCCAD
BAKU.WS