Uşağı hədələyərək 25 min manat oğurlatdılar

Sumqayıtda 4 nəfər 12 yaşlı uşağı hədələyərək evdən 25 min manatlıq oğurluq etməyə məcbur edib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Elsevər Şükürov hüquq-mühafizə orqanlarına müraciət edərək bu il ərzində Orxan, Tural, Zaur və Nicat adlı şəxslərin onun 12 yaşlı oğlu Ə.-yə hədə-qorxu gəliblər.
Yeniyetməni evdən oğurluq etməyə vadar etdiklərini və bu səbəbdən oğlunun evdən müxtəlif vaxtlarda ümumilikdə 5000 manat və 20 000 manat dəyərində qızıl-zinət əşyalarını götürərək həmin şəxslərə verdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
BAKU.WSOxşar xəbərlər
Bakıda qadına qarşı əxlaqsızlıq edən xalaoğlular saxlanıldı – FOTO
Bakıda qadını bıçaqla hədələyərək pulunu və qızıllarını ələ keçirən və ona qarşı əxlaqsız hərəkətlər edən xalaoğlanları saxlanılıb.Daxili İşlər Nazirliyinin mət...