Bakıda gəlin itkin düşüb.

BAKU.WS 
trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

Biləcəri qəsəbəsi, 5-ci döngə, nömrəsiz fərdi yaşayış evində yaşayan 1996-cı il təvəllüdlü İsmayılov Vaqif Həsənxan oğlu Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edərək bildirib ki, oktyabrın 23-də saat 13 radələrində onunla birlikdə yaşayan həyat yoldaşı, 2000-ci il təvəllüdlü Əsədullayeva Gülnarə Atabala qızı yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı polis araşdırmalara başlayıb.

BAKU.WS