VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Hacıqabul rayonunda yol qəzası baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Hacıqabul şəhərində rayon sakini, 1998-ci il təvəllüdlü Fərid Mehman oğlu Qafarovun idarə etdiyi "VAZ 21015" markalı avtomobil sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Rahil Qardaşxan oğlu İsmayılov xəsarət alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. R.İsmayılovun vəziyyəti ağır olduğundan xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS