SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya Ermənistan hökumətinin çağırışından sonra Türkiyə-Ermənistan sərhədinə 7 min əsgər göndərib. 
 
BAKU.WS-in məlumatına görə, Ermənistan KİV-i iddia edir ki, Vladimir Putin rus əsgərlərinin Ermənistana göndərilməsi haqqında qərar verib. Yaxın zamanlarda əsgərlərin bölgəyə göndərilməsinə başlanacaq.

İddiaya görə, Rusiyanın 58-ci korpusunun seçmə birliklərindən gətiriləcək əsgərlər Ermənistan-Türkiyə sərhədində yerləşdiriləcək. Rus hərbi birləşmələri raketlər və tanklarla da təmin olunacaq. 
 
 
Ermənistandakı rus hərbi birlikləri Baş Qərargah və Suriyadakı S-400 raketlərinin yerləşdirildiyi hərbi baza ilə birbaşa əlaqə yaradacaq. Rus hərbiçilər Ermənistanın Türkiyədən gələ biləcək hərbi hücumuna qarşı Rusiyadan kömək tələb etməsinə görə göndərilir.
 
BAKU.WS