Gecə saatlarında Ağstafa rayon sakini Azər Mustafayevə məxsus evə iki nəfər maskalı şəxs hücum edib. Onlardan birində "Kalaşnikov" avtomatı olub.

Silahla ev sahibindən pul tələb edən şəxsi Azər Mustafayev cəld davranaraq onunla əlbəyaxa olub. Ev sahibi silahlı şəxsi zərərsizləşdirərək onu polisə təhvil verib.

Silahlı şəxs zərərsizləşdirilərkən bu zaman avtomatdan iki dəfə atəş açılıb. Güllərdən biri zərərçəkənin sağ qolunu sıyırıb keçib. Digəri isə evin tavanına dəyib. Bundan sonra ev sahibinin oğlu Əmirxan Mustafayev də oğrunu zərərsizləşdirmək üçün atasına köməyə gəlib. Bu zaman 29 yaşlı Əmirxan da baş nahiyəsindən xəsarət alıb. Silahın qundağı onun başına dəyib.

Hadisəni törədən sürücü və evə girən digər şəxs qaçmağa nail olublar. Lakin çox çəkməyib ki, Ağstafa polisi hər iki şəxsi saxlayıb. Araşdırma zamanı ev sahibinin zərərsizləşdirdiyi şəxsin rayon sakini 56 yaşlı Ceyhun Novruzov olduğu məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS