SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Uzun müddət Türkiyədə yaşadıqdan sonra Şimali İraqa gedən "Kürd Rembo" İŞİD terrorçularına qarşı döyüşür.
 
BAKU.WS-in məlumatına görə, əsl adı Mahir Şərif olan gənc İŞİD-lə döyüşlər başladıqdan sonra könüllü olaraq peşmerge sıralarına qatılıb. Mahir Şərif uşaqlıq yaşlarından "Rembo" filmlərini izlədiyini söyləyib. Silvester Stallone kimi olmaq istədiyini söyləyən kürd gənc arzularını yerinə yetirməyə çalışır. 

Hər fürsətdə "Rembo"nun "İlk Qan" filmini izlədiyini söyləyən Şərif İŞİD-ə qarşı onun kimi döyüşmək istədiyini bildirib. Kürd Rembo dəfələrlə İŞİD-lə döyüşdüyünü və çox sayda terrorçu zərərsizləşdirdiyini vurğulayıb. 

"Kürd Rembo"nun fotolorını təqdim edirik:
 
BAKU.WS